Radio Baijan

Qədimlik və müasirliyin birləşdiyi yer – London haqqında

Həmişə yağışlı olması ilə tanınan London bizi yağmursuz hava ilə qarşıladı. 6saat davam edən uçuşdan sonra yerə ayaq basanda gördüyüm ilk görüntü isə səması buludlarla örtülmüş London idi. İngiltərənin paytaxtı, dünyanın ən böyük və ən gözəl şəhərlərindən biri, qədimlik ilə müasirliyi özündə saxlayan nəhəng şəhər öz gözəlliyi ilə bizi valeh etdi. Əminəm ki mənim yerimdə kim olsa, elə bu hissləri keçirərdi..

Amma ən gözəl tərəfi budur ki, nədənsə London mənə heç yad gəlmir. Paytaxt sakinlərində ilk gündən gördüyüm və təqdir etdiyim  ən gözəl cəhət isə çox həddindın çox mədəni olmaları və bir-birilərinə diqqətlə yanaşmalarıdır. Şəhər Bakı ilə çox bənzəyir. Hətta burada məşhur London taksilərinin müxtəlif rənglərinə də rast gəlmək olur.

İlk treining günümüzdə müəlimimiz Dan Mason çooxlu şəkillər çəkməyimizi istədi. Daha sonra onların üzərində işləyəcəyik deyə.. Dolayısıyla səhərdə axsama qədər şəkil çəkməklə məşğul olmuşam 🙂 Təbii ki Londonun gəzməli görməli yerləri getdikcə də bitmir. Hər biri çoox gözəldir. Hər şey bir kənara Londonun göz bəbəyi London Eye bugün gördüyüm ən maraqlı və ən gözəl yerlərdən birincisidir. Yerdən 157 metr yüksəklikdə, Temza çayının sahilində yerləşən “Şeytan Çarxı”ndan şəhərə açılan mənzərə insanı valeh edir. Çay, körpülər, Big Ben və s bütün London ayaqların altında olur. Bugün gördüklərimi yazmaqla davam etsəm çox olar.

Şərh yaz

Radio Baijan-dan xəbərin olsun

Sayta həmişə daxil olmursan? O zaman bizi sosial hesablardan izlə