Radio Baijan

LondonTube

Avropada ən böyük metro olan «London Tube»  1863-cü ildən işləyir. Onun yollarının uzunluğu 405 kilometrdir və hər il 976 milyon sərnişin daşıyır. Metro şəhərətrafı dəmiryolu şəbəkəsinə birləşdirilib. London metrosunun xidmətləri arasında «Docklands Light Railway»ın də var. Bu maşinistsiz, avtomatik idarə olunan qatar bu populyar yerüstü yolla hərəkət edərək turistlərə  Temza çayının ətrafını nümayiş etdirir. 150 illik metropolitenin üstünlükləri rahat oturacaqlar, parlaq elektron tablolar və hətta səyahət vaxtı yolpulunu ödəmək imkanı verən maqnit kartlar sistemidir. 13 müxtəlif xəttdən(bakerloo, central, circle, district, east london, hammersmith and city, jubilee, metropolitan, northern, piccadilly, victoria, waterloo and city ) ibarət olan London metrosunda hərəkət etmək üçün xəritədən istifadə qaçınılmazdır.

 

Günün fərqli vaxtlarında metronun qiyməti də fərqlidir. Səhər işə gedən zaman və işdən qayıdan zamanlarda qiymətlər daha bahalıdır. Bütün xətlər gecə yarısında bağlanır. Londonun mərkəzi 6 zonaya ayrılır və hər zonaya gediş qiyməti  1.50 ile 5.50 pound arasında dəyişir. Metroya daxil olarkən də, çıxarkən də plastik kartdan istifadə etmək lazımdır. Xətlər və stansiyalar çox olduğu üçün gediş haqqı avtomatik olaraq maşın tərəfindən hesablanır

Metroda eskalatorda hərəkət edərkən hər zaman sağ tərəfdə dayanmaq və sol tərəfi boş saxlamaq lazımdır. Əks halda aqressiv sərnişinlərlə qarşılaşmalı olarsınız.  . Metronun tunellerində divara çəkilən şəkillər də çox maraqlı idi. Ona görə də şəkillərini çəkib sizinlə paylaşıram.

Şərh yaz

Radio Baijan-dan xəbərin olsun

Sayta həmişə daxil olmursan? O zaman bizi sosial hesablardan izlə