Radio Baijan

George Carlin Kimdir?

George Denis Patrick Carlin – (12 May 1937 – 22 İyun 2008) komediya albomları sayəsində 5 dəfə “Grammy” mükafatını almış İrlandiya əsilli ABŞ vətəndaşı olan aktyor, yazar, komediyaçı

Carlin – dil, psixologiya və din kimi mövzularda fərqli fikirləri ilə tanınır. Carlin-in “Yeddi çirkli söz” verlişi bu mövzuları özündə əks etdirdiyinə görə Amerika Ali Məhkəməsi tərəfindən televiziyada qadağan olunmuşdur.

Bir çox insanlar onu Lenny Bruce-nin yerini aldığı düşünürdü. Lakin Carlin “Comedy Central”ın ictimaiyyətə təqdim etdiyi ən yaxşı 100 komediyaçı siyahısında Richard Pryor-dan sonra gəlmiş-keçmiş ən bomba stand-up komediyaçısı elan edilmişdi.

22 İyun 2008 “də ağır sinə ağrılarından şikayəti üzrə Santa Monica St. John xəstəxanasına aparılmış, eyni gün saat 5:55’də ürək çatışmazlığından vəfat etmişdir.

Ölümündən 4 gün sonra John F. Kennedy Mərkəzi tərəfindən Carlin’ə Amerikan Komediyası üçün “Mark Twain” mükafatı verilmişdir.

Its Bad For Ya (2008)” stand-up-ını aşağıdakı linkdən yükləyə yaxud izləyə bilərsiniz.

Download .m4v

Türkçə Altyazı – .srt

Şərh yaz

Radio Baijan-dan xəbərin olsun

Sayta həmişə daxil olmursan? O zaman bizi sosial hesablardan izlə