Radio Baijan

Bakıdan Tiflisə getmək yolları və xərclər

Bu postda mən Bakıdan Tiflisə səfərim və yolda çıxan xərclər, qalacaq yer, yeməkəklər barədə yazacam.

Bakı- Tiflis haqqlnda dəfələrlə yazılar yazılıb bilirəm amma hələ də bu barədə suallar gəldiyinə istəyirəm ki, bir dəfə də mən üstündən keçim bu məsələnin.

Əvvəlcə qeyd etməliyəm ki, səfərin bu hissəsinin budget travel ilə heç bir əlaqəsi yox idi, çünki yol yoldaşım lyuks yerlərdə oturmağı sevirdi. Ona görə də ucuz səyahət etmək istəyirsizsə, ya özünüz kimi az pul xərcləməyi sevən biri ilə gəzin, ya da tək gəzin. Yoxsa mənim kimi bir günə Tiflisdə 28 dollar xərcləyərsiniz. ))

Qeyd etməliyəm ki, bu mənim ilk Tiflis səfərim deyildi, ona görə səfərin ən az narahat olduğum hissəsi də adlandırmaq olar bunu. Tiflisə getməyin bir neçə yolu var və hamısını yoxlamışam demək olar ki.

  1.  Ən sürətli və rahat olanı təbii ki təyyarə ilə uçmaqdı. Open Society-nin Civil Society Leaership Award  təqaüdünə müraciət edib birinci mərhələni keçəndə müsahibə Tiflisdə idi və bizə təyyarə bileti almışdılar. Bu günə qədər 8 dəfə Tiflisdə olsam da sözsüz ki, ən asan sayəhatim elə o olmuşdu. Cəmi bir saata artıq Tiflisdə idim. Amma təbii ki, heç vaxt 100-150 dolları ora verməyə əlim gəlməz.))
  2. İkinci asan yolu qatar ilə getməkdir.  Bilmirəm ya tək məndə belədi, yoxsa sizdə də belədir amma mən nə avtobusda, nə kiçik maşında nə də təyyarədə yata bilirəm. Təkcə qısa fasilələrlə də olsa yata bildiyim nəqliyyat vasitəsi qatardı. Ona görə də ən ucuz olmasa da, azca da olsun rahat olsun deyə qatarı seçdim. Bileti öncədən və online şəkildə Azərbaycan Dəmiryollarının rəsmi saytından aldım. (mavi rəngli yazıya klikləyərək sayta keçə bilərsiniz. Gediş biletini 1 iyul 21-50  tarixinə  cəmi 23 manata əldə etdim. Bilməyənlər üçün qeyd edim ki, qatarda bir neçə cür getmək olur. 4 nəfərlik qapısı bağlanan kupe, 50 nəfərlik ümumi zal olan palaskart. Mən daha öncəki təcrübəmdə 4 nəfərlik kupeyə bilet alıb dörd bığ-saqqallı kişi ilə eyni kupeyə düşəndən sonra ( yaxşı ki bələdçi xanım yazığı gəlib bir ailənin kupesindəki yuxarı yerlərdən birinə yerləşdirdi. Yoxsa o qoxu və xorultu ilə necə yatacaqdım kim bilir))  qərar vermişəm ki, tək gedəndə elə ən yaxşışı ümumi zaldı.
  3. Ən ucuz versiya isə təbii ki avtobusla getməkdir. Cəmi 12 manata Bakı- Tiflis avtobusu ilə gedə bilərsiniz. Mənə görə bu ən asan versiya deyil. gəlin muqayisə edək. Qatarda rahat uzanıb yata bilirsən, avtobusda oturacağı arxaya əydikdə arxada əyləşən xala ya da dayı səsini başına atıb dizini əzdiyini iddia edir ki butun yolu düz oturaraq getmək məcburiyyətində qalırsan. Qatarda uzandığın üçün rhaat yata bilirsən və qatar balış örtük və s təmin edir. Avtobusda bu lyuks yoxdu. Və ən əsası qatarla sərhəddi keçəndə öz kabinində sərhəd işçiləri gəlir yoxlayır, avtobusda isə ayaqla bir saat günəşin altında, yüklərin əlində xalalaq və dayılarla çiyinləşərək və dalaşaraq min-bir əziyyətlə keçə bilirsən sərhəddi. Bütün bu səbəblərə görə qatar avtobusdan iki qat daha baha olsa da qatarla getməyə dəyər.

MƏNİM YOL YOLDAŞIM

Beləliklə qatara qaça-qaça son anda özümü atıb ümumi zalında özümə aşağı yerlərdən birini götürüb yerləşdirib bu gecəki qonşularıma nəzər yetirdim. 5 nəfər dayı semiçka çırtlayaraq, şit zarafatlar edir, bir qız isə mənimlə üzbəüz yerdə əyləşib dəftərinə qaralamalar edirdi. Qızın qısa qırmızı saçları və tərzi ilk baxışdan xoşuma gəldi. Söhbət eləmək üçün bəhanə axtarsam da diqqət etmədiyini görüb axırda fikrimdən əl çəkdim. Mən danışmayanda darıxdığım üçün həmişə yolda kimləsə söhbət edirəm. Qatar yola çıxandan sonra yəgin ki, o da darıxmışdı ki söhbətə başladıq, ordan burdan danışırdıq ki məlum oldu o da təkbaşına səyahət etməyə gedir amma istiqaməti Tiflis- Batumi – İstanbuldu. İlk dəfədir ki tək səyahət edir və qatara minəndə bu qədər kişi ilə tək qaldığını qonşu bölmədəki uşağın isə daim ağladığını görüb az qala geri qayıdırmış, bir az stressə düşüb ağlayıb amma sonra məni görüb sevinib. Elə ilk vaxtdan söhbətimiz əla tutdu və məlum oldu ki eyni hostel rezerv etmişik. Mən öz Smurf- im ilə səyahət etdiyim üçün Smurf də diqqət mərkəzində idi əlbəttə. Surfin bir iki şəklini çəkəndən sonra ətrafdakı dayıların qulaqlarından uzaqlaşmaq məqsədilə bütün yolu ingiliscə danışmışıq))

Beləliklə gecə 4 saat yatandan sonra sərhəddi keçdik kondisionersiz günəşin altında dəmir qatarımız sauna kimi hiss etdirirdi. Qapıları da bağlayıb icazə  vermirdilə həyətə çıxaq nəhayət iki saat gecikmə ilə Tiflisə çatdıq. Burda kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Kutaisiyə Tiflisdən avtobus saat 11- də çıxırdı və bileti əvvəcədən almışdım Geobus bizim Bakubus in bir formasıdı kondisionerli, televizorlu lyuks avtobusdu amma hər ehtimala qarşı bir gün sonraya almışdım. Yaxşı ki elə etmişdim çünki qatar saat 10 da çatmalı idi amma saat 12 də çatdı və bir gun sonra gəlsəm həm avtobusa həm də təyyarəmə gecikəcəkdim. Ümumiyyətlə həmin günlərdə ölkədə elektrik kəsilmişdi 1 iyul yerinə iki iyul çıxsaydım səyahətə yəqin ki bütün planlar ləğv olmuş olacaqdı. ona görə işinizi ehtiyatlı tutun və çalışın tez gedin nəinki gec. atalar necə deyib erkən duran heyfislənməz ya da nəsə belə bir şey))

SQUİRREL HOSTEL

Dəmiryolu vağzalının düz yanından metro ilə 3 stansiya gələrək Liberty Square-yə çatdıq və hostelimiz Squrirrel hostel düz şəhər mərkəzində oluğu üçün rahat tapıb yerləşdik. !0 nəfərlik otaqda bir yatağın qiyməti 10 laridir- 7 manat. Məncə yerləşməsinə və keyfiyyətinə görə kifayət qədər yaxşıdır. Hosteli gəlməzdən əvvəl rezerv etmişdim. Rezervlər üçün Booking.com saytını istifadə edə bilərsiniz. Amma şəkillərə və şəhər mərkəzindən uzaqlığına, ən əsası isə rəylərə baxın ki sonradan peşman olmayasınız. Mən şəxsən bəyənişdim. Hamam-tualetdən başqa , ayrıca bir tualeti olan, mətbəxi, ümumi zalı və ən əsası hər yatağın yanında( yuxarı və aşağı) iki enerjo qutusu ( razetka))))yerləşdirilən çox rahat çarpayısı və kilidli locker( əşyaları qoymağa açarlı şkaf) olan normal ev idi. Tək problem çox isti olması idi. O da 35 dərəcə istidə bir ventilyatorun kömək eləməməsi ilə bağlıdır. Ümumilikdə orda qalmağı tövsiyyə edirəm amma çox vaxt dolu olur deyə əvvəlcədən rezerv edin ki asan olsun.

40196853_2122422188078052_2631167484597633024_n

YEMƏKLƏR

Əvvəl də qeyd etdiyim kimi, yol yoldaşımı yemək alıb hosteldə bişirməyə razı sala bilmədim deyə Tiflisdə restoranlara bir balaca xərcim çıxdı amma bunu visa rüsumuna pul ödəmədiyim 35 Avro ilə kompensasiya etdim. ( bu barədə ətraflı visa barədə olacaq postda) Yeməklər çox dadlı idi və restoranların adını sizinlə paylaşmaq istəyirəm getsəz yoxlaya bilərsiz. Aşırı bahalı da deyil.

Günorta yeməyini elə hostelin düz yanında Azadlıq meydanında yerləşən People’s da yedik. 18 lariyə başa gəldi.

Ümumi bir gün ərzində Tiflisdə xərclərim aşağıdakılardı

People’s lunch 18 GEL

Bloom dinner 16 GEL

Dinehall Breakfast 13.5 GEL

Yol üçün kiçik pizza+ su  4.5 GEL

Geocell nömrə+ 1.2 GB internet 5 GEL

Hostel 10 GEL

 

Ülkər Eldarqızı

Şərh yaz

Radio Baijan-dan xəbərin olsun

Sayta həmişə daxil olmursan? O zaman bizi sosial hesablardan izlə