Radio Baijan

Azərbaycan-Kosovo oyununun biletləri satışda – endirim də var

Bakı. Trend:

UEFA Millətlər Liqası çərçivsində sentyabrın 7-si saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Kosovo oyununun biletləri satışa çıxarılıb.

Trend AFFA-ya istinadən məlumat verir ki, bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan-Malta (14 oktyabr) və Azərbaycan-Farer adaları (17 noyabr) oyunlarının biletinə 50% endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir (endirim “Sky Box” biletlərə şamil olunmur).

Biletlərin satış qiymətləri və ünvanlar:

1-ci kateqoriya – 5 AZN
2-ci kateqoriya – 3 AZN
3-cü kateqoriya – 2 AZN
VIP – 10 AZN

Şərh yaz

Radio Baijan-dan xəbərin olsun

Sayta həmişə daxil olmursan? O zaman bizi sosial hesablardan izlə