Author Archive:

LondonTube

Avropada ən böyük metro olan «London Tube»  1863-cü ildən işləyir. Onun yollarının uzunluğu 405 kilometrdir və hər il 976 milyon sərnişin daşıyır. Metro şəhərətrafı dəmiryolu şəbəkəsinə birləşdirilib. London metrosunun xidmətləri arasında «Docklands Light Railway»ın də var. Bu maşinistsiz, avtomatik idarə olunan qatar bu populyar yerüstü yolla hərəkət edərək turistlərə  Temza çayının ətrafını nümayiş etdirir. 150 illik metropolitenin üstünlükləri rahat oturacaqlar, parlaq elektron tablolar və hətta səyahət vaxtı yolpulunu ödəmək imkanı verən maqnit kartlar sistemidir. 13 müxtəlif xəttdən(bakerloo, central, circle, district, east london, hammersmith and city, jubilee, metropolitan, northern, piccadilly, victoria, waterloo and city ) ibarət olan London metrosunda hərəkət etmək üçün xəritədən istifadə qaçınılmazdır.   Günün fərqli vaxtlarında metronun qiyməti də fərqlidir. Səhər işə gedən zaman və işdən qayıdan zamanlarda qiymətlər daha bahalıdır. Bütün xətlər gecə yarısında bağlanır. Londonun mərkəzi 6 zonaya ayrılır və hər zonaya gediş qiyməti  1.50 ile 5.50 pound arasında dəyişir. Metroya daxil olarkən də, çıxarkən də plastik kartdan istifadə etmək lazımdır. Xətlər və stansiyalar çox olduğu üçün gediş haqqı avtomatik olaraq maşın tərəfindən hesablanır Metroda eskalatorda hərəkət edərkən hər zaman sağ tərəfdə dayanmaq və sol tərəfi boş saxlamaq lazımdır. Əks halda aqressiv sərnişinlərlə qarşılaşmalı olarsınız.  . Metronun tunellerində divara çəkilən şəkillər də çox maraqlı idi. Ona görə də şəkillərini çəkib sizinlə paylaşıram.

Gəncədə Bülbül adına küçənin açılışı oldu

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, sənətşünas-alim, professor Bülbülün 120 illik yubileyi münasibəti ilə Gəncədə Bülbül adına küçənin və barelyefin açılışı olub. Lent.az-ın xəbərinə görə, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.   Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, dahi Bülbülün həyat və yaradıcılığından, Gəncədə keçirdiyi illərdən söz açıb. O qeyd edib ki, Bülbül Şuşada doğulsa da gənclik illərini Gəncədə keçirib. Elə məhz buna görə də onun xatirəsi bu şəhər və sakinləri üçün daha da əzizdir.  

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu atasına göstərilən sevgi və ehtirama görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, məktəbin olduğu bir küçəyə Bülbül adının verilməsi, burada onun barelyefinin açılması çox gözəl təşəbbüsdür. Bu Bülbül adının daim yaşayacağına, anılacağına və gələcək nəsillər tərəfindən tanınacağına əminlik yaradır.   Barelyefin rəmzi açılışı baş tutduqdan sonra Xalq artisti Azər Zeyanlov və Əməkdar Artist Anar Şuşalı tədbir iştirakçılarının xahişi ilə Bülbülün repertuarına daxil olan əvəzolunmaz əsərlərdən birini - “Sevgili canan”ı ifa ediblər. Sonda xatirə şəkli çəkdirilib.

Tramp Kim Çen Ina Elton Conun diskini hədiyyə etdi

Bakı. Trend: ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Ina Elton Conun “Raket adam” mahnısı olan diskini hədiyyə edib. Trend-in məlumatına görə, o həmçinin koreyalı həmkarına məktub ünvanlayıb.

Qeyd olunur ki, ötən ay Sinqapurda baş tutmuş görüş zamanı tərəflər bu mahnını da müzakirə ediblər. Kim Çen In D.Trampa onu “raket adam” adlandırdığını xatırladıb, əvəzində D.Tramp Kim Çen Indan bu mahnını eşidib-eşitmədiyini soruşub və “yox” cavabını alıb. Nəticədə Donald Tramp dövlət katibi Mayk Pompeo vasitəsilə bu mahnını həmkarına hədiyyə etməyi qərara alıb.